Zülmündən, ey sənəm, dolub ahimlə asiman
Zülmündən, ey sənəm, dolub ahimlə asiman, Bilməm nə zülmdür göyə qalxır zaman-zaman.
Sinəmdə vardı şövqi nihan tiri-qəmzənin, Faş eylədim bıçaq sümüyə işləyən zaman.
Yüz yol məlamət oxları dəymişsə sinəmə, Göz dikmişəm sənə yenə, ey qaşları kaman.
Bir ox toxundu bağrıma səndən, nə söyləyim, Qaldım əlində axırı mən zarü biaman.
Uymuş könül vüsalına, lakin nə faidə, Sən olduğun məqamə yetərmi bu natəvan?
Bülbüldür odlu ahi ilə solduran gülü, Ey bixəbər, demə ki, gülü soldurub xəzan.
Artıq bu qəmli yolda yetər gəzdiyin sənin, Getdi, Füzuli, qalmadı qəmdən tənimdə can.