Zülmət gecədə bizlərə rəhm eyləmədin, yar
Zülmət gecədə bizlərə rəhm eyləmədin, yar, Məhşər gününə etməmisən sən məgər iqrar?
Yox başqa peşən, cövrü cəfadır işin ancaq, Zülmün mənədir, özgələrə mərhəmətin var.
Eşqin daha zəncirini tərpətmə, könül, sən, Bitab qılıbdır səni ol türreyn-tərrar.
Görmək yolunu qan ilə gəl bağla, könül, kim, Yar gəlsə, yoxundur, bilirəm, taqəti-didar.
Öldük də, bir əhvalımızı sormadın əsla, Yoxsa, gözəlim, ləblərini naz qıfıllar.
Ey yar vüsalini təmənna edən aşiq, Sən tənəyi-əğyarə deyilsənmi xəbərdar?
Cananın ayaq tozları yoxdurmu gözündə Kim, böylə, Füzuli, yaşarıb gözlərin, ağlar.