Zülm şəmşirilə hicranın məni, yar, öldürər
Zülm şəmşirilə hicranın məni, yar, öldürər, Hey desəm: öldürmə, – baxmaz ol sitəmkar, öldürər.
Qan tökən ol nərgisi-bimarə düz baxsam əgər, Əyri qaşilə məni-biçarəni xar öldürər.
Faydasızdır asitanında yerə üz sürtməyim, Oxşasam da mən hərəm seydinə, dildar öldürər.
Eşqinin dərdinə düşdüm, ölməyim labüd, fəqət, Qəm deyil, mən xəstəni, bil şövqi-qəmxar öldürər.
Düşdüm hicran dərdinə, yoxdur ümidim vəslinə, Vəslinə çatsam, fərəh mən zarı naçar öldürər.
Istəsəm vəslini, zülmüylə rəqibin tənəsi, Hicrinə dözsəm, qəmin bu canı bimar öldürər.
Çarəsizlikdən, Füzuli, dözdüm hicran dərdinə, İstəsəm çarə, məni ol mahrüxsar öldürər.