Əsas məzmuna keç

Qəzəl

Zülfüvə zülməti-dövran dedilər, gerçək imiş

Seyid Əzim Şirvani

1

Zülfüvə zülməti-dövran dedilər, gerçək imiş, Ləbüvə çeşmeyi-heyvan dedilər, gerçək imiş.

O dəhən fikri ilə cümlə yox oldu varım, Dəhənin nöqteyi-pinhan dedilər, gerçək imiş.

Hər gələn adəm edər canü könüldən təsdiq, Kuyüvi rövzeyi-rizvan dedilər, gerçək imiş.

Alışıb, şölə çəkib suz ilə yandım, gördüm, Hicrüvi atəşi-niyran dedilər, gerçək imiş.

Qaşların nuni-qələm, qəddin əlif, zülfün lam, Üzüvi sureyi-quran dedilər, gerçək imiş.

Yerü göy, ərşü mələk nurüvə eylər səcdə, Səni kim, aləmə sultan dedilər, gerçək imiş.

Sənəma, səndə təcəlla eləyib həzrəti-həq, Surətin surəti-rəhman dedilər, gerçək imiş.

Hüsnüvə aşiq olan oldu mələkdən əla, Münkiri-fəzlüvə şeytan dedilər, gerçək imiş.

Seyyidin-zahir olub şeri-şəkərbarından Ləbi-ləlin şəkəristan dedilər, gerçək imiş.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.