Zülfün girehləri, sənəma, həlqə-həlqə tab
Zülfün girehləri, sənəma, həlqə-həlqə tab, Hüsnün qatında zərrəcə yox nırxi-afitab.
Dərgahınızda qoyma rəqibi-münafiqi, Zira ki, Kə’bənin hərəmi istəməz kilab.
Abi-rəvanü səbzəvü məhbubi-məhliqa Busi-kənarü yari-qəzəlxan ilə kitab.
Xoşdur, əgərçi cümləsi bir yerdə cəm ola, Avazi-çəngü nəğməvü tənbur ilən rübab.
Saqi, gətir bu məclis içində qədəh yürüt, Sığmaz hədisü tövbəvü təqva, gətir şərab.
Nari-qəmində bağrımı büryan bişirmişəm, Bildim yəqin ki, nərgisi-məstin dilər kəbab.
Bülbül kimi Nəsimi dilər ki, fəğan edə, Gül söhbətinə yaramiyə naleyi-ğürab.
Lüğət: Afitab – Günəş; Münafiq – Yaltaq, qeyri-səmimi; Nifaq salan; Kilab – Itlər; Büryan – Yanmış C