Əsas məzmuna keç

Qəzəl

Zülfün gecəsi qədrdürür, al yanağın ay

İmadəddin Nəsimi

1

Zülfün gecəsi qədrdürür, al yanağın ay, Me’rac üzün, sidrə boyun, qaşın iki yay.

Aləmdə səni qıldı könül kəndinə məqsud, Fikri nə ulu nəsnə, zəhi əqlü zəhi ray.

Əndişə ilə əqlim iki aləmi gəzdi, Sənsiz netəkim istədilər bulmadılar cay.

Hər kim ki, saçın küfrünə iman gətirməz, Mö’min degil ol dinin itirmiş, ona çox vay.

Ol başı ki, bəxt eyləmədi eşqinə qurban, Dəyməz ayağın tozuna, ey sərvi-dilaray.

Mütrib kimi hər ləhzə ənəlhəq dili söylər, Ey nayə giriftar olan, dur yenə çal nay.

Vəsfində Nəsimi deyil ol zat kim, anın Mislin görələr, ya bulalar zatına həmtay.

Lüğət: Sidrə – Lotos; Nəsnə – Bir şey; Zəhi – Afərin; Əndişə – Fikir; Netəkim – Necə ki; Dur – Uzaq

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.