Əsas məzmuna keç

Qəzəl

Zülfi kimi ayağın qoymaz öpəm nigarım

Məhəmməd Füzuli

1

Zülfi kimi ayağın qoymaz öpəm nigarım, Yoxdur onun yanında bir qılca e’tibarım.

Insaf xoşdur, ey eşq, ancaq məni zəbun et, Ha böylə möhnət ilə keçsinmi ruzigarım?

Bildi təmami-aləm kim, dərdməndi-eşqəm, Yarəb, hənuz halım bilməzmi ola yarım?

Vəslindən ayrı nola qanim tökülsə gül-gül, Mən gülbüni-bəlayəm bu fəsldir bəharım.

Təsvir edən vücudim yazmış əlimdə sağər, Rəf’ olmağa bu surət yox əldə ixtiyarım.

Dur istəmən zəmani mey sayəsin başımdan, Topraq olanda, yarəb, dürdi-mey et qübarım.

Rüsvalərindən ol məh saymaz məni, Füzuli, Divanə olmayımmı dünyadə, yoxmu arım?

Lüğət: Zəbun – düşkün, aciz, zəif; Gülbün – gül ağacı; Sağər – qədəh, piyalə; Dur – uzaq; Zəman – zamin; Dürd – şərabın dibinə çökən torta, xılt

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.