Zülfi-dütası şahımın həlqəsi mah içindədir
Zülfi-dütası şahımın həlqəsi mah içindədir, Şol qəmərin mənazili əbri-siyah içindədir.
Düşdü kəməndi-zülfünə əqlü rəvan quşu, vəli Zilli-ilaha yapışan zilli-ilah içindədir.
Kə’beyi-eşqə varanın sidqi niyaz olur, vəli Mənzilə aqibət irər, kim ki, bu rah içindədir.
Canımı bir nigah ilən aldı hərami gözlərin, Gör ki, nə dürlü fitnələr uşbu nigah içindədir.
Aləm içində bigüman, sənsən əmiri-dilbəran, Gör ki, bu rəsmə padişah qanğı sipah içindədir?
Sərvi qəbada ya məhi kimsə külahda görmədi, Şol boyu sərvi gör necə mahı külah içindədir.
Surəti-xuba müddəi, baxma demiş Nəsimiyə, Üzü qarayı gör necə küfrü günah içindədir.
Lüğət: Şol – O; Qəmər – Ay; Nigah – Baxış; Qanğı – Hansı; Külah – Papaq