Əsas məzmuna keç

Qəzəl

Zülf arasında könül arizi-dilbər tapdı

Seyid Əzim Şirvani

1

Zülf arasında könül arizi-dilbər tapdı, Bu qaranlıq gecədə mahi-münəvvər tapdı.

Tutiyi-can ləbüvə püstə xəyalilə yatıb, Həbbəza, taleyi-fərxəndə ki, şəkkər tapdı.

Tapdı ol dürri-giranmayəni axırda rəqib, Gör ki, xərmöhrə bu aləmdə nə gövhər tapdı.

Tiğ pak etdi xəti arizi-ziybasından, Bülbül əyyami-xəzan bir güli-əhmər tapdı.

Şükrlillah ki, könül qəmlərüvə gətdi pənah, Özünə aləm ara yar ilə yavər tapdı.

Aldı divanə könül daməni-Məcnunu ələ, Vadiyi-eşqdə bir mürşidi-rəhbər tapdı.

Seyyida, mövsümi-güldür, hamı dilşad oldu, Bir məni piri-müğan zarü mükəddər tapdı.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.