Əsas məzmuna keç

Qəzəl

Zülali-ləblərin "eynən tüsəmma səlsəbil" oldu

Seyid Əzim Şirvani

1

Zülali-ləblərin «eynən tüsəmma səlsəbil» oldu, Dedim bir cürə ondan, aləmə qanım səbil oldu.

Dəhanından səri-mu qədri söz izhar qılmışdım, Düşüb söz aləmə varü yox üstə qalü-qil oldu.

Desəm peyğəmbəri-əsrəm, degildir küfr, zira kim, Pəyamım vəhyi-münzəl, qasidim bir Cəbrəil oldu.

Əgərçi, yandı könlüm hicr odundan, kuyüvə, ey məh, Qaranqu gecələrdə şöleyi-ahım dəlil oldu.

Ayırdı ol əzizi nagəh ixvanın cəfasından, O Yusif firqətindən hər gözüm bir rudi-Nil oldu.

Çü gördü qəmzeyi-fəttanını, xovfindən Əzrail, Kəməndi-zülfüvə saldı özün, miskin dəxil oldu.

Zərurətlə çü gəldi aləmi-nasutə ol gülrux, Əzizi-aləm ikən Seyyidin xarü zəlil oldu.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.