Zikrinlə zinət aldı həmişə zəbanımız
Zikrinlə zinət aldı həmişə zəbanımız, Zikrin gər olmasa, ola dilsiz dəhanımız.
Ol sikkeyi-səadətinin feyzidir sənin, Tapmış rəvac bir belə nəqdi-rəvanımız.
Bizdən xətalar olsa da, səndən əta qılan, Olmaz sənin məqaminə layiq bu şanımız.
Sənsən bizim bu halımıza lütflər qılan, Əlbəttə, bəllidir sənə razi-nəhanımız.
Uğrunda qorxmuruq nə bəla gəlsə, çün sənin Olmuş bəla daşın məhəki-imtəhanımız.
Nəfsin bəlasına nə qədər razılıq verək, Rəhm et ki, oldu tömeyi-səg üstüxanımız.
Bizdən, Füzuli, eşq odu qoymadı bir əsər, Canan yolunda bircə bu olmuş nişanımız.