Əsas məzmuna keç

Qəzəl

Zey günəş kim, zərrəsindən mahi-taban göstərər

İmadəddin Nəsimi

1

Zey günəş kim, zərrəsindən mahi-taban göstərər, Zey dəniz kim, qətrəsindən bəhri-ümman göstərər.

On səkiz min aləmə ayinə oldu surətin, Çar ənasir surətində şəkli-insan göstərər.

Canü dil Beytülhəramı vəslin oldu, ey nigar, K’əlləzi əsrayı hər dəm anda sultan göstərər.

Cameyi-cümlə xəlayiq nüsxeyi-ümmül-kitab Olduğiçün, bu bəşər şəklində Qur’an göstərər.

Tövhidin bəhrinə fərdi-vahid olub qalmayan, Yoxdurur tövhidi anın, küfrə iman göstərər.

Eylədi çün bu Nəsimi faş ənəlhəq sirrini, Dönmədi, eşqin yolunda əhdü peyman göstərər.

______________________Milli Kitabxana_______________________

Lüğət: Mahi – Balıq; Dəni – Alçaq; Bəhr – Dəniz; Dil – Ürək; Tövhid – Birlik

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.