Əsas məzmuna keç

Qəzəl

Zərreyi-mehrində daim, ey cəmalı afitab

Şah İsmayıl Xətai

1

Zərreyi-mehrində daim, ey cəmalı afitab, Əbr yüzündən götürgil, dutmagil məndən hicab.

Dur dedim yarın kuyindən, ey rəqibi-rusiyah, Xəstə bülbül var ikən neylər gülüstanda ğürab?

Ey gözü nərgiz, yüzü gül tək, boyu sərvi-rəvan, Taki səndən ayrı düşdüm, xəstəyəm, halım xarab.

Cənnəti-vəslindən, ey canım, məni dur eyləmə, Mən fəraqın atəşindən çəkmişəm dərdü əzab.

Bu Xətayi həqqinə daim dutubdur çox ümid, Aqibət rəhm eylə anə saəti-yövmül-hesab.

Lüğət: Əbr – bulud; Hicab – örtük, pərdə, utanma; Dur – uzaq; Rəvan – həyat, diri, axan, gedən, ruh, can

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.