Əsas məzmuna keç

Qəzəl

Zəifəm eylə kim, hicrində bir xurşidrüxsarın

Məhəmməd Füzuli

1

Zəifəm eylə kim, hicrində bir xurşidrüxsarın Ki, tab etməz vücudum kölgəsinə bircə divarın.

Elə incəlmişəm, incə görənlər şübhədə qalmış Ki, paltarda vücudumdur və ya sapı o paltarın.

Yanar qəlbim, bilər məncə bu gizli dərdimi ol kəs Ki, mən tək sinəsində dağı var bir lalərüxsarın.

Hanı məndə o tale kim, nəsibim vəsli-yar olsun, Səadətdir, uzaqdan da müyəssər olsa didarın.

Cahanda şöhrətim vardır fəğan etməkdə, dərd əhli Mənə nisbət verər fəryadını hər aşiqi-zarın.

Cəfanı görməmişdir məndən özgə kimsə, mən şadəm Ki, yoxdur aləm içrə məndən özgə bir giriftarın.

Füzuli, sorma kimdir, gəl ona bax kim, vəfasından, Qalıb sevda pərişanı, olub rüsvayi-bazarın.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.