Əsas məzmuna keç

Qəzəl

Zəhi, zatın nihanü ol nihandan masiva peyda

Məhəmməd Füzuli

1

Zəhi, zatın nihanü ol nihandan masiva peyda, Bihari-sün’ünə əmvac peyda, qə’r napeyda.

Büləndü pəsti-aləm şahidi-feyzi-vücudundur, Degil bihudə olmaq yox ikən ərzü səma peyda.

Kəmali-qüdrətin izhari-hikmət qılmağa etmiş Qübari-tirədən ayineyi-gitinüma peyda.

Dəmadəm əks alır mir’ati-aləm qəhrü lütfündən, Onunçün gəh küdurət zahir eylər, gəh səfa peyda.

Gəhi toprağə eylər hikmətin min məhliqa pünhan, Gəhi sün’ün qılır topraqdən min məhliqa peyda.

Cahan əhlinə ta əsrari-elmin qalmaya məxfi, Qılıbdır hikmətin küffar içində ənbiya peyda.

Nişani-şəfqətindir kim, olur izhari-həmdinçün, Füzuli tirə təb’indən kəlami-canfəza peyda!

Lüğət: Zəhi – nə xoş, nə gözəl; Bihar – dəryalar, dənizlər; Əmvac – ləpələr, dalğalar; Pəst – alçaq; Şahid – gözəl; Tirə – qaranlıq, tutqun; Əsrar – sirrlər, gizli sözlər; Ənbiya – peyğəmbərlər

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.