Zəhi, cəvahiri-ehsani-amə mə’dəni-xas
Zəhi, cəvahiri-ehsani-amə mə’dəni-xas, Düri-şəfa’ət üçün bəhri-rəhmətə qəvvas.
Yetib hüzurinə me’rac vəqti qılmışlar, Qəmər hüsuli-məasir, Süheyl kəsbi-xəvas.
Fələk həm ol gecə bulmuş səfa ki, sufi tək Qərar tutmayıb, olmuş o bəzmdə rəqqas.
Rəhi-mütabi’ətindir təriqi-fövzü nəcat, Həvayi-mərhəmətindir ümidi-xeyrü xilas.
Təfaxür eylə, Füzuli kim, ondan özgə degil Sana zəmanədə nəqşi-səhifeyi-ixlas.
Lüğət: Zəhi – nə xoş, nə gözəl; Qəvvas – dalğc; Hüsul – hasil olma, vücuda gəlmə. X; Bəzm – qonaqlıq, kef məclisi; Fövz – qurtuluş, nicat, nüsrət; Təfaxür – fəxr etmə, öyünmə