Əsas məzmuna keç

Qəzəl

Zat iləyəm, sifat ilə, gülşəkərəm nabat ilə

İmadəddin Nəsimi

1

Zat iləyəm, sifat ilə, gülşəkərəm nabat ilə, Qədr iləyəm bərat ilə, bəstə dəhana sığmazam.

Nara yanan şəcər mənəm, çərxə çıxan həcər mənəm, Gör bu odun zəbanəsin, mən bu zəbana sığmazam.

Şəhd ilə həm şəkər mənəm, şəms mənəm, qəmər mənəm, Ruhi-rəvan bağışlaram, ruhi-rəvana sığmazam.

Tir mənəm, kaman mənəm, pir mənəm, cavan mənəm, Dövləti-cavidan mənəm, ayinədana sığmazam.

Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm, Məndən uludur ayətim, ayətə, şana sığmazam.

______________________Milli Kitabxana_______________________

Lüğət: Bəstə – Bağlı; Dəhan – Ağız; Şəcər – Ağac; Həcər – Daş; Zəban – Dil; Şəhd – Bal; Qəmər – Ay; Tir – Ox

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.