Əsas məzmuna keç

Qəzəl

Zamani-ehtirazımdır bu gün, meyli-şərab etdim

Seyid Əzim Şirvani

1

Zamani-ehtirazımdır bu gün, meyli-şərab etdim, Bihəmdilləh ki, axır ömrdə mən bir səvab etdim.

Pəşimanəm ki, bir müddət qılıb vaiz sözün bavər, Bahari-ömrdə mey ülfətindən ictinab etdim.

Meyi-nab ilə abad eylədim, səd şükr, can mülkün, Əgərçi xaneyi-təqvamı aləmdə xərab etdim.

Ləbin şövqilə, ey məh, asitanın daşların hər gün Töküb xunabə gözdən hər birin bir ləli-nab etdim.

Şəhid oldun könül, axırda ol xunxar tiğindən, Bihəmdilləh ki, Seyyidtək səni həm kamyab etdim.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.