Əsas məzmuna keç

Qəzəl

Zairi-meyxanəyəm, müğ səcdəsidir ta’ətim

Məhəmməd Füzuli

1

Zairi-meyxanəyəm, müğ səcdəsidir ta’ətim, Eşq pirim, nəqdi-can nəzrim, təvəkkül niyyətim.

Hər yana baxsam, sürahi tək sücud etmək işim, Qanda olsam, badə tək düşmək əyağə adətim.

Tövrümə zahid əgər surətdə eylər e’tiraz, Ixtilat etsəm, onu şərməndə eylər sirətim.

Bəs ki, cami-mey kimi xoşməşrəbü safidiləm, Hörmətim vacib bilir hər kim bilir keyfiyyətim.

Mö’təbərlikdir qürur əsli, mən ondan fariqəm, E’tibarə çün degil qabil mühəqqər hey’ətim.

Eşq ərbabi-vəfadən zail etmiş mehrimi, Fəqr əsbabi-əlayiqdən götürmüş rəğıbətim.

Ey Füzuli, fəqr toprağında dövlət istə kim, Sayə ol toprağə salmışdır hümayi-himmətim.

Lüğət: Müğ – atəşpərəst; Sürahi – uzun boğazlı şərab şüşəsi; Sücud – səcdə etmək; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam; Sirət – əxlaq, fitri təbiət; yaşayış tərzi; Mühəqqər – təhqir olunmuş, kiçik; Ərbabi – yəqin – yəqinlik sahibləri, elm ilə yəqin mərtəbəsinə atanlar; Əlayiq – əlaqələr, rabitələr

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.