Zahidin gər güzəri bir düşə meyxanə sarı
Zahidin gər güzəri bir düşə meyxanə sarı, Kafərəm gər dönə ol məscidi-viranə sarı.
Dustlər, eyləmişəm badeyi-nab ilə vüzu, Döndərin bəs dəxi səccadəmi bütxanə sarı.
Zahida, sən məni meyxarə bilirsən, yoxsa O nə baxmaqdı həqarətlə bu divanə sarı?
Eyləməzdim bu qədər badeyi-gülgunə həvəs, Saqinin əksi-rüxü düşməsə peymanə sarı.
Bəççeyi-badəfüruşun ki, görə rüxsarın, Bir də divanədi Seyyid baxa Quranə sarı?!