Əsas məzmuna keç

Qəzəl

Zahida, ol sənəmin zülfi-çəlipasına bax

Seyid Əzim Şirvani

1

Zahida, ol sənəmin zülfi-çəlipasına bax, Aç bəsirət gözüvü, nərgisi-şəhlasına bax.

Ayeyi-xəmr oxuyur, nəfini inkar qılır, Tutduğu felini gör, verdigi mənasına bax.

Cənnətə getdi və ya duzəxə mürdə, nə qəmin, İrsinə dik gözüvü, külçəvü həlvasına bax.

İstəyir cənnəti zahid bu qədər hiylə ilə, Əbləhin fikrini gör, dildə təmənnasına bax.

Dili-divanə sevən cantək o zülfi-siyəhi, Başının şurini gör, eşqdə sövdasına bax.

Sanma bu Seyyidi sən əhli-cəhənnəm, vaiz, Neyləyirsən əməlin, dildə təmənnasına bax.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.