Yüzündür sureyi-yusif, dodağın abi-kövsərdən
Yüzündür sureyi-Yusif, dodağın abi-kövsərdən, Boyun tubadurur, amma, saçındır sünbüli-tərdən.
Cəmalın “hazihi cənnət” dedi həq “fədxülü fiha”, Təala şanəhu əkbər, yanağın vərdi-əhmərdən.
Üzarın yüzüdür Yasin, anın şə’nindədir Əlhəmd, Ləbin yaquti-əhmərdir, dişin lö’löi-gövhərdən.
Qaşındır qabi-qövseyni, saçın zilli-ilahidir, Ziyad olmuşdurur, cana, cəmalın şəm’i-xavərdən.
Yüzüni sureyi-Ən’am oxudum qüdrətüllahdan, Xətayi bolmadı bir dəm xilas Allahü əkbərdən.
Lüğət: Abi – həyat – dirilik suyu; Vərdi – əhmər – qırmızı gül; Əhmər – qırmızı; Üzar – yanaq; Yaqut – qırmızı rəngli daş; Zilli – sübhan – Allah kölgəsi