Əsas məzmuna keç

Qəzəl

Yüzündür bu cahan içrə fələkdə mahi-taban tək

Şah İsmayıl Xətai

1

Yüzündür bu cahan içrə fələkdə mahi-taban tək, Bitibdir hüsn bağında boyun sərvi-xuraman tək.

Vüsalına irən, derlər, həyati-cavidan buldu, Saçın zülmatinin içrə ləbindir abi-heyvan tək.

Məgər kim, vəhyi-münzəldir qaşınla kirpigün, zülfün, Yüzün övraqinin üstə yazılmış sətri-Qur’an tək.

Əcəbmi olsa, ey dilbər, vücudim eşqinə məhkum? Oturmuş hökm edər daim könül təxtində sultan tək.

Müşəvvəş xatir olmuşdur Xətayi xəstədil daim Sənin ol gül yüzün üstündəki zülfi-pərişan tək.

Lüğət: Taban – parlaq; Hüsn – gözəllik; Cavidan – əbədi; Abi – həyat – dirilik suyu; Vəhy – bir fikrin, hökmün Allah tərəfindən xəbər verilməsi; Müşəvvəş – qarışıq, həyəcanlı

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.