Əsas məzmuna keç

Qəzəl

Yüzün görəndə, ey sənəm, allahə şükr edim

Şah İsmayıl Xətai

1

Yüzün görəndə, ey sənəm, Allahə şükr edim, Sürtüm yüzümni toprağə, dərgahə şükr edim.

Gərçi yüzündən ayrıyam, amma xəyalına Hicran şəbində gögə baxub mahə şükr edim.

Gər rindəmü məlamətiyü aşiqəm, vəli Bağrım yaxanda zahidi-gümrahə şükr edim.

Ruzi-əzəldə gördü səni bir nəzər gözüm, Ömrümcə baxuban o nəzərgahə şükr edim.

Bəndə Xətayi düşmüş idi yardan irağ, Yetdim çü asitani-şahənşahə, şükr edim.

Lüğət: Vəli – ancaq, lakin; Asitan – eşik, astana, hökmdar qapısı

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.