Əsas məzmuna keç

Qəzəl

Yüzün gördüm sənin, ey yari-məhru

Şah İsmayıl Xətai

1

Yüzün gördüm sənin, ey yari-məhru, Könüllər afəti, ya yüzmidir bu?

Dodağın həsrətindən xəstə haləm, Axıtdı gözlərim yaşın behər su.

Həbəşdir kim, müsafir Rumə düşmüş Yüzün səfhindəki ol xali-hindu.

Gözündən ahu tək dağlarə düşdüm, Nə sehr etdi mana ol iki cadu?

Xətayi der yüzün xurşidə nisbət, Sözü rövşən dedim yüzünə qarşu.

Lüğət: Məhru – ayüzlü; Afət – bəla, gözəl

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.