Əsas məzmuna keç

Qəzəl

Yüzüm sürüb varuram yarə qarşu

Şah İsmayıl Xətai

1

Yüzüm sürüb varuram yarə qarşu, Həbibü munisü dildarə qarşu.

Fəraqçin gözlərin könlüm apardı, İki heyva bitibdir narə qarşu.

Boyun sərv ağacı bostan içində, Qızılgüllər açılmış xarə qarşu.

Rəqibi görəyim nabina olsun, Otursun ol müdam divarə qarşu.

Ləbindən şərbət içdi bu Xətayi, Müdam sərməst gəzər didarə qarşu.

Lüğət: Həbib – dost; Xarə – çaxmaq daşı, bərk daş; Nabina – kor; Müdam – davamlı, həmişə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.