Əsas məzmuna keç

Qəzəl

Yüz sərvi-xuraman ola, könlüm səni istər

Seyid Əzim Şirvani

1

Yüz sərvi-xuraman ola, könlüm səni istər, Yüz bağı-gülüstan ola, könlüm səni istər.

Yüz zöhrəcəbin, mahliqa, mehri-dilara, Yüz min məhi-taban ola, könlüm səni istər.

Bu zülməti-zülfündə ləbin abi-bəqamız, Yüz çeşməyi-heyvan ola, könlüm səni istər.

Ey xublərin şahı, könüldür sənə talib, Aləm hamı xuban ola, könlüm səni istər.

Ey dust, bizə huriyi-qılman nə gərəkdir, Yüz huriyi-qılman ola, könlüm səni istər.

Seyyid degiləm bənd olam hər bir güli-alə, Yüz qönçeyi-xəndan ola, könlüm səni istər.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.