Yüz feyzin olsa xəlqə əgər afitabtək
Yüz feyzin olsa xəlqə əgər afitabtək, Dövran salar ayağa səni mahtabtək.
Bilməz rümuzi-söhbəti-həmraz dərdini, Nadanə əhli-dil açıla gər kitabtək.
Olma məlali-xaxiri-ərbabi-mərifət, Hər vardığın büsatə səfa ver şərabtək,
Yox eybi kimsədən sənin ehsan qəbuluvun, Ehsan edərsən aldığuvu gər səhabtək.
Məmlüvv ikən həvayi-məhəbbətlə sinəmiz, Seyli-həvadis ilə yıxıldıq hübabtək.
Ol afitabrüxlə keçən günlərim mənim, İndi gəlir xəyalıma hicrində xabtək.
Başın yetər səmayə şərafətlə, Seyyida, Eşqilə payimal ola bilsən türabtək.