Yüz dəfə göz açdım güli-rüxsarına, ey can
Yüz dəfə göz açdım güli-rüxsarına, ey can, Hər dəm üzə açdım iki yüz seyl ilə tufan.
Hər sel ki, axıtdım yoluna didələrimdən, Fəryad edərək sirrimi açdı sənə hər an.
Hər sirr ki, gizlində demişdim sənə, ey gül, Əğyara dedin, saxlamadın sən onu pünhan.
Açdım sənə göz, gördüm əziyyət, sitəm, azar, Açdım öz əlimlə özümə bir dəri-əhzan.
Gör bəxtimi, rahətlik umurdumsa yolunda, Dəhşətli bəla seylinin ağzındayam əlan.
Qıldımsa əgər sinəmi çak, axırı tapdım Dərdindən onun qəlbimə yol açmağa imkan.
Zülfündə işim çün düyün olmuşdu, Füzuli, Tutdum səri-zülfündən, açıldı düyün asan.