Yürütməyin ərəqi məclis içrə badə ilə
Yürütməyin ərəqi məclis içrə badə ilə, Həramzadəni qoymın həlalzadə ilə.
Verir sitəm səbəqin tifli-xəttinə zülfün, Qoman bu üzü qaranı o lövhi sadə ilə.
Mənə zaman ilə Məcnun müqəddəm olsa nola, Oyunda şah bərabər degil piyadə ilə.
Qaşın bəlasına düşdüm, fələk qəmin çəkərək, Bu güclü yayı çəkər oldum ol kəbadə ilə.
Qapında xəm qədimi gəzdirib yürür könlüm, Itin durur, yügürür hər tərəf qəladə ilə.
Mənəm müdərrisi-elmi-cünun, qanı Məcnun Ki, bərmurad ola dövrümdə istifadə ilə.
Başım ayağına gər düşsə mən’ eyləməzəm, Nə eylədi mənə, nəm var bir fütadə ilə.
Məni saqınma, Füzuli, qəm içrə Məcnun tək Ki, mən ziyadəyəm ondan qəmi-ziyadə ilə.
Lüğət: Səbəq – dərs; Lövh – lövhə, səhifə. M; Cünun – dəlilik, divanəlik