Əsas məzmuna keç

Qəzəl

Yüksəlir göylərə, ey mah, fəğanım sənsiz

Məhəmməd Füzuli

1

Yüksəlir göylərə, ey mah, fəğanım sənsiz, Nəyə lazımdı keçir ömrü zəmanım sənsiz.

Dəyişir halımı hər anda qəmi-hicranın, Gəl deyim, gör necədir bu güzəranım sənsiz.

Məndən ayrıldı hamı sən mənə etdikdə vida, Yox günahım ki, qala cismdə canım sənsiz.

Ömrümün bəhrəsi bir şam kimi yanmaq oldu, Təngə gəldim bu həyatdan, yox amanım sənsiz.

Düşməsin ta ki, şərər qəlbinə bir söhbətlə, Bağladı şiddəti-qəm indi zəbanım sənsiz.

Bu ümid ilə ki, tapsın, gözəlim, səndən əsər, Yüyürür hər tərəfə əşki-rəvanım sənsiz.

İndi rüsvalığımı təkcə Füzuli bilmir, Yayılıb aləmə bu eşqi-nihanım sənsiz.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.