Əsas məzmuna keç

Qəzəl

Yoxdurur aləmdə bir dəx hüsn ilən yarım kimi

Şah İsmayıl Xətai

1

Yoxdurur aləmdə bir dəx hüsn ilən yarım kimi, Ya cəmal əhlində kim var ol vəfadarım kimi.

Həsrətindən qəddinin eylə zəif olmuş sənin, Yel əsəndə titrəşür bu cismi-bimarım kimi.

Ta ki, dün məclisdə ney fəryadü zarım dinlədi, Ağlaşur bağrın dəlüb bu naləvü zarım kimi.

Əbri-neysandan sorun əhvalimi kim, ol dəxi Qətrə-qətrə yaş tökər çeşmi-göhərbarım kimi.

Ey Xətayi, gərçi xublar çoxdurur aləmdə, leyk Olmaya bir dilbər ol şuxi-sitəmkarım kimi.

Lüğət: Hüsn – gözəllik; Əsən – sağ; Bimar – xəstə; Dün – dünən, gecə; Əbri – neysan – yağmurlu bulud; Çeşmi – giryan – ağlar göz; Xublar – gözəllər

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.