Yoxdur əlac, çoxdu bu könlümdə həsrətim
Yoxdur əlac, çoxdu bu könlümdə həsrətim, Nə vəslə dəstrəs, nə fərağında taqətim.
Çox həsrətəm dübarə görüm bir cəmalüvi, Vahəsrəta, könüldə qala gər bu həsrətim.
Yetməz əlim nə çarə düşəm xaki-payüvə, Bir-bir deyim sənə ələmü dərdü mehnətim.
Eşqin məriziyəm, məni eylər bu qəm həlak, Darüşşəfayi-vəslüvə var indi hacətim.
Əzbəs ki, vəsl təşnəsiyəm, çeşmeyi-bəqa Şəhdi-zülalın olmasa etməz kifayətim.
Bilməm nədir fəqih deyən məhşəri-əzim, Hər gün ki, görməsəm üzün, oldur qiyamətim.
Duzəx səninlə xüldi-bərindən ziyadədir, Sənsiz behişt içində olur çox üqubətim.
Qurbanın eylə, qoy dolanım başuva məni, Bundan ziyadə hicrüvə yox istiqamətim.
Bir qəmzə ilə Seyyidi qıl şöhrəti-cahan, Yetsin səmayə ta əsəri-cahü rüfətim.