Yoxdur ay üzlüm kimi mavi səmadə bir qəmər
Yoxdur ay üzlüm kimi mavi səmadə bir qəmər, Yoxdur alnında qara məhparə, ay varsa əgər.
Naümidlik zülmətinə saçmadı nur ahimiz, Öldük, ancaq vəslinə yol tapmadıq, ey simbər!
Qəlbimi, imanımı aldın, əvəz ver vəslini, Mən gədayə, padşahım, gəl rəva görmə zərər.
Ey rəqibi lütflə şamü səhər xoşhal edən, Lütf qıl, hərdəm bizə də şəfqət ilə sal nəzər.
Göz qıyıb aldın nişan, qəsd etdin oxla vurmağa, Biz fəqiri kim, sənin bəndindəyik şamü səhər.
Ey sənəm, cövr etmə bunca, tiri-ahımdan saqın! Olmaram razı, yetə bir dilbərə məndən xətər.
Şövq ilə öldü Füzuli, yetmədi məqsudinə, Eşq bir dəryadır, ondan sahilə yoxdur güzər.