Əsas məzmuna keç

Qəzəl

Yoxdu bu rüsvalığın dərdinə dərman, ey təbib

Məhəmməd Füzuli

1

Yoxdu bu rüsvalığın dərdinə dərman, ey təbib! Eyləmə rüsva özün, həm qəlbimi qan, ey təbib!

Olmaq istərsən əgər asudə, qoy rahət məni, Dərdimin yox çarəsinə çünki imkan, ey təbib!

Sən qan almaqla, yəqin, bir fayda verməzsən cana, Şövqi-ləlini çıxar mümkünsə candan, ey təbib!

Olsa hər şərbət, bu sevda dərdinə etməz əlac, Şərbətimdir vəsli-yarü zikri-canan, ey təbib!

Qəmlə öldürsən məni izhar qılma kimsəyə, Qoy rəqibim bilməsin var məndə əfğan, ey təbib!

Məqsədim açmaq deyildi dərdimi əsla sənə, Istədim pünhan edim, səndən nə pünhan, ey təbib!

Öldürüb yüz sən kimi bidərdi bu dərdim mənim, Gəl Füzuli dərdini sanma çox asan, ey təbib!

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.