Əsas məzmuna keç

Qəzəl

Yox çəməndə giləlik bülbülü-şeydalərdən

Məhəmmədəli Şəfai

2

Yox çəməndə giləlik bülbülü-şeydalərdən, Gözlənir əksi-vəfa qönçeyi-rənalərdən.

Hüsnü-gülzarına gül sandım, əzəldən səni mən, Xar imişsən demə, sancaqlı o xaralərdən.

Əvvəl izhari-məhəbbət elədin zahirdə, Sonra görsəndi vəfasızlığın ifalərdən.

Ürəyin özgə ilənmiş, dilin ancaq mən ilə, Şahidim var bunu sor, dideyi-şəhlalərdən.

Şişeyi-qəlbimə bir daş ataraq sındırdın, Ki, tapılmaz ona bir çarə ətibbalərdən.

Faidə verməyəcək bir də peşimançılığın, Daha göz yummalısan, öylə təmənnalərdən.

Mən o sevdayi-cünun düşkünü, Məcnun deyiləm Ki, düşüm çöllərə dərdi-qəmi-leylalərdən.

Öylə bir Yusifi-azadəyi-dövranam mən, Keçmişəm sən kimi yüzlərcə züleyxalərdən.

Güli-təsvirə uyub, olma Şəfai heyran, Ətri-məqsud alınmaz bu dilaralərdən.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.