Əsas məzmuna keç

Qəzəl

Yıxdı saqi bir əyaq ilə məni-əfgari

Məhəmməd Füzuli

1

Yıxdı saqi bir əyaq ilə məni-əfgari, Bir təpik eylədi viran bu kühən divari.

Gah mə’mur qılır badə məni, gah xərab, Görünüz gah yapıb, gah yıxan me’mari.

Gün çıxınca saçaram gövhəri-əşk əncüm tək, Gecələr yadimə gəldikcə məhi-rüxsari.

Dil yaxar dağ gözün fikri ilə hicr günü, Bu çirağiləmi saxlar gecə ol bimari?

Yox özündən xəbəri kim ki, gəlir dünyayə, Bəzmdən dışra qomaz piri-müğan hüşyari.

Bizə çün qədr bulunmaz, çıxalım dünyadən, Müştəri yox, necə bir bəkliyəlim bazari.

Qeydi-islam, Füzuli, sənə bir afətdir, Bir həsar edə gör ondan özünə zünnari.

Lüğət: Əfgar – yaralı, üzgün; Əşk – göz yaşı; Əncüm – ulduzlar; Bəzm – qonaqlıq, kef məclisi; Zünnar – xristian ruhanilərinin bağıladığ qurşaq

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.