Əsas məzmuna keç

Qəzəl

Yey – Yüzün mahiyyətidir aləmə nuri-nəcat

İmadəddin Nəsimi

1

Yey – Yüzün mahiyyətidir aləmə nuri-nəcat, Lam əlif – Lareybə illa vəchəhü ana cəhat.

Hey – Hilalın qabü qövseyn, qaşların mehrabdır, Vav – Vəhdət nuru üzün, saçların vəl-mürsəlat.

Nun – Nə mə’nidən qiyamət qamətindən kəşf olar, Mim – Müvəhhidlər dedilər üzünə vən-naziat.

Lam – Lə’lin cür’əsindən aləmi məst eylədin, Kaf – Kafidir ləbindən içənə abi-həyat.

Qaf – Qur’andır camalın, bu kəlamı həq dedi, Fi – Fələk dövründə buldu Kə’bənin içində lat.

Ğeyn – Ğeyrə sümmə vəchüllah yox, ey müddəi, Eyn – Elmi-fəzli-həqdir kəşf edər hər müşkilat.

Zey – Zühur oldu çü Isa Mehdiyi-sahibzəman, Tey – Tanıqdır, nitqi xatəm qandasa getdi məmat.

Zad – Zəlalət mülkünü nitqilə mə’mur eylədi, Sad – Səfa kəsb etdi andan əhli-həq buldu səbat.

Şin – Şəmsi-aftabam, cavidanam ləm-yəzəl, Sin – Səadət vacib oldu Fəzli-həqdən mümkünat.

Zey – Zülalın şərh edərkən aləmə şirin təbin, Rey – Rəvan oldu bu nəzmin mə’nisi həmçü Fərat.

Zal – Zikrimdür camalın ayəti hər sübhü şam, Dal – Də’visi yalançı sufilərin oldu mat.

______________________Milli Kitabxana_______________________

Xey – Xəyalım dolaşalı zülfünün sevdasına, Hey – Həyatım qapdu şövqün ləşkəri vəl-adiyat.

Cim – Camalilə cəlalın mə’nisi bir nurdur, Si – Sürəyyayı səmadan göstərər ənvari-zat.

Tey – Təalillah ki, mislin görməmiş dövri-fələk, Bey – Bəqa mülkü sənindir, ey Nəsimi, şeş cəhat.

Əlif – Allahdur ki, olmaz nitqi-zatından cüda, Uş kitabü həyyi-mütləq, uş Məsihi-mö’cüzat.

______________________Milli Kitabxana_______________________

Lüğət: Yey – Yaxşı; Eyn – Göz; Tanıq – Şahid; Xatəm – Möhür, möhürlü üzük; Son; Məmat – Ölüm; Ləşkər – Qoşun; Ənvar – Nurlar; Bəqa – Baqilik; Cüda – Ayrı

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.