Əsas məzmuna keç

Qəzəl

Yetimin ağısı

Zəlimxan Yaqub

2

Göz yaşımdan zaman-zaman üzüm nəm çəkdi, nəm çəkdi, Başım daşdan-daşa dəydi, ürək qəm çəkdi, qəm çəkdi.

Nə olsun ki, kül olmadım ömrün-günün yollarında, Mən çəkəni nə bir aşiq, nə də yazıq Kərəm çəkdi.

Dünya məndən nə qazandı, mən bilmirəm, ondan soruş, Ruhum ancaq bu dünyadan zülüm gördü, sitəm çəkdi.

Ulu Tanrı ucalardan endi məni görən kimi, Taleyimin üzərində qara xətlə qələm çəkdi.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.