Əsas məzmuna keç

Qəzəl

Yetər, ey fələk, bu cəfa, yetir məni-zarə sərvi-rəvanimi

Məhəmməd Füzuli

1

Yetər, ey fələk, bu cəfa, yetir məni-zarə sərvi-rəvanimi, Məhi-təl’ətilə münəvvər et, dilü dideyi-nigəranimi.

Rüxum üzrə xətti-sirişkimi, dəfəatilə qələmi-müjəm, Rəqəm etdigiçün el oxuyub, bilir oldu razi-nihanimi.

Cigərim odunu nihan ikən, elə zahir etdi mürur ilə, Görəyim yerə keçə abi-çeşmi-təri-şərarəfşanimi.

Tutalım ki, zülfi-siyahını tutan üzrə sabit olur günəh, Nə rəva ki, qəmzeyi-qatilin, günəh etmədən tökə qanimi?

Bu bəlayə saldı məni qədin ki, yaşırdı yer üzünü yaşım, Bu yerə ytirdi məni qəmin ki, ələk eşitdi fəğanimi.

Necə qəddü xalü xətü rüxün qəmü rəncü dərdü bəla ilə, Bükə qəddimi, tökə yaşımı, yıxa könlümü, yaxa canimi.

Sitəmin daşiylə başı sınıq, bədəni şikəstə Füzuliyəm, Bu əlamətilə bulur məni, soran olsa namü nişanimi.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.