Yerə düşməz hər nə ox kim, atsa ol əbrukəman
Yerə düşməz hər nə ox kim, atsa ol əbrukəman, Gün şüailə onun çox fərqi var, ey asiman!
Eşq namusi mənü Məcnunə düşmüş lacərəm, Qəm yükün çəkməkdəyiz mən bir zəman, ol bir zəman.
Yox rəhi-eşqində bir mənzil yaşım girdabinə, Yol itirmişdir, işi sərgəştə gəzməkdir həman.
Kam mümkündür uzun ömr ilə zülfündən, vəli Bulmaq olmaz dövri-rüxsarında xəttindən əman.
Hiç kim sirri-dəhanın bilməz ol Isaləbin, Aləmi qövğayə salmışdır mücərrəd bu güman.
Şəm’i-rüxsarın nihan tut çeşmeyi-xurşiddən, Nuri-çeşmim, ehtiraz eylə yaman gözdən, yəman.
Ey Füzuli, çəkmə sən, rahi-təvəkküldən qədəm, Mənzili-məqsudə yetməkdir müqərrər, mən zəman1.
Lüğət: Zəman – zamin; Sərgəştə – avara, heyran; Kam – arzu; damaq, ağız; Mücərrəd – yalqız; boş; nəfsini dünyadan kəsən; Müqərrər – qərarlaşmış, qət edilmiş