Əsas məzmuna keç

Qəzəl

Yer yox ikən, gög yox ikən ta əzəldən var idim

Şah İsmayıl Xətai

1

Yer yox ikən, gög yox ikən ta əzəldən var idim, Gövhərin yekdanəsindən iləri pərgar idim.

Gövhəri ab eylədim, dutdu cəhanı sərbəsər, Yeri, gögi, ərşü kürsi yaradan səttar idim.

Gah Hüseynilən bilə pustimi soydu qadilər, Gah o Mənsur donuna girdim, ənəlhəq dar idim.

Girdim Adəm cisminə, kimsənə bilməz sirrimi, Mən bu beytullah içində ta əzəldən var idim.

On səkiz min aləmə mən gərdiş ilə gəlmişəm, Ol səbəbdən həqq ilə sirdar idim, sərdar idim.

Dünyasından mən anın sirrin bilirdim, ol mənim, Dəryanın altındakı sac qızdıran ənnar idim.

Mən Xətayiyəm, həqi həqq tanımışam, bigüman, Anın içün ol yaratdı, mən ana dərkar idim.

Lüğət: Sərbəsər – başdan-başa; Səttar – eyibləri örtən; Gird – çevrə, dolanma; Ənəlhəq – haq mənəm, gerçək mənəm; Gərdiş – dolanma, gəzinti; Sirri – əf’al – işlərin sirri

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.