Əsas məzmuna keç

Qəzəl

Yəqin, yarəb, üzündür rəqqi-mənşur

İmadəddin Nəsimi

1

Yəqin, yarəb, üzündür rəqqi-mənşur, Məhəmməd şər’i andan oldu məşhur.

Təvaf əmr oldu çün Beytül-ətiqə, Rəsul ol evi çün xoş qıldı mə’mur.

Sifatındır, bilirəm Kə’bə mütləq, Ziyarət eyləyənlər oldu məğfur.

Saçın həblülmətindir, surətin həq, Hidayət şəm’i üzün, ərz edər nur.

Yanağın hazihi-cənnati-ədnin, Üzündür kəşfi-müşkil, cənnəti-hur.

Sənin məstanə eynin sağərindən Rəvandır səlsəbil, uş məstü məxmur.

Məsiha nəfxədir şirin dəhanın Ki, səhhət bulur andan sorsa rəncur.

Qaşınla kirpigin, mişkin saçınla Vücududur Süleyman, eynidir mur.

Ənəlhəq dedi, zülfün darlığından, Çıxardı gögə fəryadını Mənsur.

Sifatın batini eylədi rövşən Ki, aləm varına olmadı məğrur.

Sən əhsənsurətə inkar edənlər, Əzazildir ki, düşdü tanrıdan dur.

Nəsimiyə təcəlli qıldı qəmzən, Gözünə nurü könlün etdi məsrur.

______________________Milli Kitabxana_______________________

Lüğət: Təvaf – Kəbənin başına dolanmaq; Beytül – həram – Hərəm evi –Kəbə mənasında; Hidayət – Doğru yolda rəhbərlik; Ərz – Yer; Nur – İşıq; Məxmur – Sərxoş, xumar; Nəfxə – Nəfəs, meh; Dəhan – Ağız; Rövşən – Işıqlı; Dur – Uzaq; Təcəlli – Əzəmətli zühur etmə; Məsrur – Şad

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.