Əsas məzmuna keç

Qəzəl

Yəqin bil ki, xudayidir xətayi

Şah İsmayıl Xətai

1

Yəqin bil ki, xudayidir Xətayi, Məhəmməd Mutafayidir Xətayi.

Səfi nəsli, Cüneydi-Heydər oğlu, Əliyyəl-Mürtəzayidir Xətayi.

Həsən eşqinə meydanə gəlibdir, Hüseyni-Kərbəlayidir Xətayi.

Əli Zeynəlibad, Baqirü Cə’fər, Kazım, Musa Rizayidir Xətayi.

Məhəmməd Təqidir, Əli Nəqi həm, Həsən Əskər liqayidir Xətayi.

Məhəmməd Mehdiyi-Sahib Zəmanın Eşigində gədayidir Xətayi.

Mənim adım vəli Şah İsmayıldır, Təxəllüsü Xətayidir, Xətayi.

Lüğət: Vəli – ancaq, lakin

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.