Əsas məzmuna keç

Qəzəl

Yenə bipərvalığı yad etdigin yə’ni ki nə?

Şah İsmayıl Xətai

1

Yenə bipərvalığı yad etdigin yə’ni ki nə? Olur-olmaz sözü bünyad etdigin yə’ni ki nə?

Hər səhər ta sübh olunca tapmazam çün rahəti, Bəndəni qayğudan azad etdigin yə’ni ki nə?

Ğüssəvü dərdü fəraq ilən, əya Şirin misal, Aşiqi dağlarda Fərhad etdigin yə’ni ki, nə?

Yüz gəz ölsəm dünyada bir dəm mana yoxdur vüsal, Firqətində ömrümü bad etdigin yə’ni ki, nə?

Səngdil yarın əlindən ah edübən dəmbədm Yaxə yırtıb, baş açub dad etdigin yə’ni ki nə?

Ölmüşəm hicrində gecdən çürümüşdür üstixan, Dirligi də mana bir ad etdigin yə’ni ki, nə?

Ta ki, fəryadinə yetməz lütf edüb ol şahi-hüsn, Ey Xətayi, munca fəryad etdigin yə’ni ki nə?

Lüğət: Bünyad – özül, kök; Bad – külək; Hüsn – gözəllik

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.