Yenə at çapdı meydanda, qopardı toz o cananım
Yenə at çapdı meydanda, qopardı toz o cananım, Əl atdı, silkədi damanını, düşdü yerə canım.
Əlimdən daməni-rüsvalığı ol vəqtədək verməm Ki, örtülsün ləhəd daşilə bu çaki-giribanım.
Kəfənsiz yaxşıdır, versəm əgər can künci-üzlətdə, Nəyə lazım kəfən olsun öləndən sonra zindanım.
Kəfənlə qoymayın, dostlar, ölərkən boynuma bir yük, Yetər, saysız yaramla örtülübdür cismi-üryanım.
Məzarım üstünə gəlsən, açar dil baş daşım, söylər, Ki, keçmişdir necə sənsiz mənim əyyami-hicranım.
Məzarım, ey Füzuli, ayrılıq zindanına döndü, Ölüm də olmadı, əfsus, bu dərdli cana dərmanım.