Yel atıb pərdəni görcək üzün, ey simbərim
Yel atıb pərdəni görcək üzün, ey simbərim, Kəsilib səbrü qərarım, yox özümdən xəbərim.
Necə oddur bu ki, sənsiz yanıb odlandı könül, O qara gözlərinin atəşi yaxdı ciyərim.
Xalının könlüm əsiriydi əzəldən, nə edim, Oldu xəttində bəla, artdı dəmadəm kədərim.
Sənə baxdıqca gözüm nuru dönüb olmasa qan, Göz yaşım tək onu gözdən salacaqdır nəzərim.
Sanma göz mərdümüdür, daği-ciyərdir ki, onu Qəlbimin qanlı selindən qoparıb çeşmi-tərim.
Gözümün seyli axıb, hər tərəfə saldı səda, Bürünüb şöhrəti-hüsnünlə bütün dövrü bərim.
Qapını eyləmədi gərçi Füzuli məskən, Dərbədər saldı bu dövran onu, ey nazlı pərim!