Yazmışam bu rüq’əni, ol yarə göndərmək gərək
Yazmışam bu rüq’əni, ol yarə göndərmək gərək. Zar əhvalım mənim dildarə göndərmək gərək.
Lə’linizdən cami-mey bir kimsəyə vermək nədən? Ləblərin şərbətləri bimarə göndərmək gərək.
Qaşların mehrabinə çox səcdeyi-şükr eylərəm, Şeyx Sən’an tək məni zünnarə göndərmək gərək.
Çün təcəlla nurini görmək təmənna eylərəm, Şimdi Mənsurəm, məni bir darə göndərmək gərək.
Ey Xətayi, ondan özgə kimsəyə yoxdur ümid, Naleyi-zarım mənim ol yarə göndərmək gərək.
Lüğət: Təcəlla – görünmə, üzə çıxma