Əsas məzmuna keç

Qəzəl

Yaxıbsan qəlbi, barı şölə tək gəl çəkmə sər məndən

Məhəmməd Füzuli

1

Yaxıbsan qəlbi, barı şölə tək gəl çəkmə sər məndən, Nəzər qıl, şəm tək yannam, sən olma bixəbər məndən.

O eşqindən nişan bircə mənim bu suzi-qəlbimdir, Elə yannam ki, qalmaz heç nişan səndən, əsər məndən.

Məni yandırdığın dəmdə, saqın, bu qəlbə əl vurma, Alışmış atəşəm, qorx ki, olarsan şöləvər məndən.

Dedim bu çeşmi-giryanə o hüsnə baxmasın bir də, Nə etdim bundan özgə, döndərir üz çeşmi-tər məndən?

Mənim xar olmağımdan artdı qəm qəlbimdə, qorxdum ki, Görüb xar olmağı yarım, kəsə bir az nəzər məndən.

Dəhanın sirrini bildim, mən oldum yoxluğa agah, Güman etməzdi heç kəs kim, gələr böylə hünər məndən.

Gəlibdirsə rəhi-eşqə, Füzuli, binəva Məcnun, Deyildir məndən artıq o, deyildir mötəbər məndən.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.