Yaşlı göz bir güzgüdür, onda könüllər əks edər
Yaşlı göz bir güzgüdür, onda könüllər əks edər, Gözdə yaş artdıqca, qəlbin nuru artar ol qədər.
Qətreyi-əşkindən istə naümid olduqda kam, Kim ki, ulduzla gedə görməz o zülmətdə xətər.
Qəlb varsa, əql varsa səndə, gözdən yaş axıt, Ağlayıb ah çəkməyənlər bir ağacdır bisəmər.
Intihasız göy dənizdə bir hübabı andırar, Eşqi-cananla dolu bu könlümə salsan nəzər.
Eşqə düşdün, qoy saralsın surətin, bu yaxşı rəng, Eşq bazarı rəvacın artırar əlbəttə zər.
Şam od ilə tutdu ülfət, aqibət yandı özü, Kim tutarsa üns düşmənlə peşimanlıq çəkər.
Ey Füzuli, kim düşüb bir qəddi-sərvin eşqinə, Bir köpük tək göz yaşı bəhrində sərgərdan gəzər.